Gəncədə 5 qol
Bu gün futbol üzrə Topaz Premyer Liqasında 32-ci tur start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Kəpəz" "Rəvan"ı qəbul edir. Ötən tur AZAL-ı məğlub etməklə diqqət mərkəzinə düşən paytaxt təmsilçisi Gəncədə də uğurlu nəticə qazanmaq arzusundadır. "Kəpəz" isə Avrokuboklara iddiasını qorumaq üçün 3 xal əldə etməlidir.
30 aprel 2016
TPL, 32-ci tur
“Kəpəz” – “Rəvan” - 3:2
Qollar: Julien Ebah, 10 (1:0), Ramazan Abbasov, 40-pen (1:1), Kənan Müslümov, 46/a.q. (2:1), Tural Axundov, 60-pen. (3:1); Elnur Abdulov, 89 (3:2)
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Vüqar Bayramov, Mahir Məmmədov
Cari mövsümdəki oyunlar: 2:0, 0:0, 3:1
Gəncə şəhər stadionu