"Kəpəz" "Şüvəlan"a aman vermədi
Növbəti mövsümə hazırlıqlarını davam etdirən "Kəpəz" növbəti yoxlama matçında qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, Gəncə klubu I Divizion təmsilçisi - "Şüvəlan"la qarşılaşıb.
Oyun Şahin Diniyevin komandasının qələbəsi ilə yekunlaşıb - 3:0.
“Kəpəz”in qollarına kapitan Şəhriyar Rəhimov və yeni transferlər Viktor Laki Oseghale ilə Sergey Çernişev imza atıblar.
Qeyd edək ki, “Kəpəz” Topaz Premyer Liqasının ilk turunda “Sumqayıt”la qarşılaşacaq.