“Qarabağ” ilk xal itkisi ilə üzləşdi

Bu gün Az'rbaycan Premyer Liqasında 14-cü tura yekun vurulacaq. 

Sportline.az xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Kəpəz" "Turan Tovuz"u qəbul edəcək. Gəncə təmsilçisi qələbə qazanarsa, "Səbail" və "Şamaxı"nı geridə qoyaraq 7-ci pilləyə yüksələcək. 

Digər matçda isə "Qarabağ" "Sabah"ın qonağı olacaq.  "Sabah" Ağdam təmsilçisini məğlub edəcəyi təqdirdə bu komanda ilə fərqi 2 xala endirəcək. "Qarabağ" isə qalib gəlməklə "Sabah"la fərqi 8 xala çatdıra bilər. 

13 noyabr (bazar)

14:30.“Kəpəz” – “Turan Tovuz” 0-0
Hakimlər
: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Əli Əliyev
Gəncə şəhər stadionu

17:00. “Sabah” – “Qarabağ” 0-0
Hakimlər:
 Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev
“Bank Respublika Arena”

 

11 noyabr (cümə)

“Şamaxı” – “Sumqayıt” - 4:2 

 

12 noyabr (şənbə)

“Neftçi” – “Qəbələ” - 2:0

“Zirə” – “Səbail” - 1:0

N Klublar O Q H M T-F X
1 Qarabağ 13 13 0 0 40-8 39
2 Sabah 13 11 1 1 30-10 34
3 Neftçi 14 9 2 3 28-14 29
4 Zirə 14 7 1 6 16-21 22
5 Qəbələ 14 6 2 6 17-15 20
6 Turan Tovuz 13 4 3 6 10-18 15
7 Səbail 14 2 4 8 11-20 10
8 Şamaxı 14 2 4 8 12-23 10
9 Kəpəz 13 2 2 9 11-29 8
10 Sumqayıt 14 0 5 9 6-23 5

Bombardirlər:

Ramil Şeydayev ("Qarabağ") - 11 qol
Musa Qurbanlı ("Qarabağ") - 11 qol
Coy Lens Mikels ("Sabah") - 7 qol
Emin Mahmudov ("Neftçi") - 6 qol
Runi Eva ("Turan Tovuz") - 6 qol

Banner