"Kəpəz"ə qələbə qazandıran qol
Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin növbəti cavab görüşləri keçirilib. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Kəpəz" Moldovada meydana çıxıb.
İlk oyunda "Daçiya"nın müqavimətini qıra bilməyən Gəncə təmsilçisi vəzifənin öhdəsindən səfərdə gəlib. Şahin Diniyevin komandası Darionun qolu ilə qələbə qazanıblar.