"Kəpəz"in dərdi var
"Kəpəz" futbol klubunun menecerlərlə problemi yaranıb. SportLine.az xəbər verir ki, klubun rəsmi saytında bununla bağlı bəyanat yayılıb. Mətni təqdim edirik:
Son dövrlər bəzi “işbaz” menecerlər tərəfindən “Kəpəz” PFK-nın adından istifadə etməklə İrandan və bəzi ölkələrdən Azərbaycana futbolçular dəvət olunur. Belə oyunçulara klubun adından yalandan müəyyən vədlər verilir.
Nəzərinizə çatdırırıq ki, “Kəpəz” PFK-nın belə menecerlərlə heç bir əlaqəsi yoxdur və futbolçuları bu cür insanlara inanmamağa çağırırıq. Əks təqdirdə bütün məsuliyyət onların öz üzərinə düşəcək.