"Kəpəz"in oyunu üçün çernoqoriyalı hakimlər

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Admira" - "Kəpəz" oyununun hakimləri açıqlanıb. SportLine.az xəbər verir ki, görüş çernoqoriyalı hakimlər briqadasına tapşırılıb. 

Matçı Pavle Radovanoviç idarə edəcək. Ona Dimitriye Mrqudoviç və Aleksandr Dyikanoviç yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Miloş Savoviç yerinə yetirəcək.

Qeyd edək ki, “Admira” – “Kəpəz” matçı iyulun 14-də keçiriləcək.