"Kəpəz"in oyununun vaxtı dəyişdirildi
UEFA Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanan "Kəpəz"in oyununun vaxtı dəyişdirilib. SportLine.az xəbər verir ki, "Adrmia Vakker"lə Bakıda keçiriləcək görüş əvvəlcədən planlaşdırıldığı kimi 21 iyulda deyil, bir gün əvvəl oynanılacaq.
Buna səbəb həmin tarixdə Bakıda daha bir Avroliqa matçının, “Qəbələ” – MTK (Macarıstan) görüşünün keçirilməsidir.
Belə ki, UEFA qaydalarına görə, bir şəhərdə bir gündə ancaq bir beynəlxalq oyun keçirilə bilər.
Qeyd edək ki, bu komandalar arasındakı ilk matç iyulun 14-də Avstriyada baş tutacaq.