Kerem Aktürkoğlu "Benfika"dakı məhsuldarlığını davam etdirir

Portuqaliya Liqasının 6-cı turunda "Benfika" səfədə "Boavişta"nı 3-0 hesabı ilə məğlub edib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Benfika"nın "Qalatasaray"dan heyətinə qatdığı Kerem Aktürkoğlu bu görüşdə 2 asistlə yadda qalıb.O, Pavlidis (11) və Orkun Kökçunün (31) vurduğu qollarda məhsuldar ötürmə müəllifi olub. "Qartallar"ın digər qolunu isə 90+1-ci dəqiqədə Artur Kabral vurub.

Xallarının sayını 13-ə çatdıran "Benfika" 3-cü pilləyə yüksəlib. "Sportinq" 18 xalla 1-ci, "Porto" 15 xalla 2-ci sıradadır.

Qeyd edək ki, yeni klubu ilə 3 oyuna çıxan Kerem bu görüşlərdə 2 qol və 2 asistlə yadda qalıb.