Kerem Aktürkoğludan “Fənərbağça”ya atmaca

Bu yay “Qalatasaray”dan “Benfika”ya 12 milyon avro qarşılıqında transfer olunan Kerem Aktürkoğlu dünən ki açıqlamaları ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, 25 yaşlı futbolçu dünən “Kick” yayın platformasında canlı yayımda olarkən bu fikirləri səsləndirib:

“Fənərbağçalı yaxın dostlarım var, amma mən “Qalatasaray”lıyam. Bizimki doğru yoldur. Onlar isə yanlış yolda gedirlər, amma bəlkə bir gün bunun fərqinə vararlar" – deyə Kerem bildirib.

Qeyd edək ki, Kerem Aktürkoğlu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 6 qol və 5 asistlə yadda qalıb.