"Keşlə" 4 futbolçu ilə vidalaşır
"Keşlə" klubu müqaviləsi bitən oyunçulardan 4-ü ilə vidalaşacaq.
Sportline.az xəbər verir ki, söhbət iki yerli və iki legioner futbolçudan gedir.
Həmin futbolçuların adları açıqlanmayıb.
Qeyd edək ki, "Keşlə"də Stanislav Namaşko, Rəşad Əzizli, Miyusko Boyoviç, Franko Flores, Ruslan Əmircanov, Cabir Əmirli, Azər Salahlı, İlkin Qırtımov, Tərlan Quliyev, Slavik Alxasov, Murad Ağayev, Rəşad Sadiqov, Tural Bayramlı, Sezar Meza Kolli, Orxan Fərəcov, Con Kamara, Əfran İsmayılov, Vüsal İsgəndərli, Aleksandr Kristovao, Lorenso Frutos, Emin Quliyev, Ruslan Qurbanovun müqavilələri iyunun 30-da başa çatacaq.