"Keşlə" legioneri ilə bağlı qərar verdi

"Keşlə"də çıxış edən daha bir oyunçunun taleyinə aydınlıq gətirilib.

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi yarımmüdafiəçi Con Kamara ilə yeni müqavilə imzalayıb.

Sierra-Leonedən olan 32 yaşlı yarımmüdafiəçi daha bir il "Keşlə"də çıxış edəcək.

Qeyd edək ki, "Keşlə" daha öncə Tural Axundov və Şəhriyar Əliyevi heyətinə qatıb. Vüsal İsgəndərli, Tərlan Quliyev, Azər Salahlı, Ruslan Əmircanov, Miyuşko Boyoviç və Rəşad Əzizlinin müqaviləsi yenilənib.