"Keşlə"də yeni müqavilələr

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Keşlə”  daha iki futbolçusu ilə bağlı qərar verib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, qapıçı Rəşad Əzizli və müdafiəçi İlkin Qırtımovla müqavilə müddətini artırılıb.

Hər iki futbolçu növbəti mövsümün sonuna qədər paytaxt təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, buna qədər Vüsal İsgəndərli, Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Con Kamara və Miyusko Boyoviçlə müqavilə müddəti artırılıb, Tural Axundov və Şəhriyar Əliyev isə transfer olunublar.