Keyn klubunu dəyişdi

"Liverpul" futbolçusu Herbi Keyni icarəyə göndərib.

Sportline.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Çempionşip təmsilçisi "Hall Siti"yə keçib. İngilis futbolçu "pələnglər"də mövsümün sonuna qədər çıxış edəcək.

Keyn 2013-cü ildə "Bristol Siti"dən "Liverpul"un akademiyasına keçib.