"Khojaly Global Promotion"dan daha bir yenilik

“Khojaly Global Promotion-3” ilk dəfə 2018-ci ildə rəsmi peşəkar boks yarışları keçirib.

Sportline.az xəbər verir ki, şirkətin prezidenti Ehram Məcidov saytımıza bildirib ki, şirkət Azərbaycan Peşəkar Boks Federasiyası ilə müqavilə imzalayıb və federasiyanın rəsmi lisenziyasını qazanıb.

Bu gün "Xocalıya ədalət" şüarı altında “Khojaly Global Promotion-3” turnirində peşəkar boksçular da döyüşəcək. Peşəkar boksdan 6, kunq-fudan 23, muay-taydan 2, K1-dən isə 1 idmançı mübarizə aparacaq.