Kieza “Liverpul”dan ayrılacaq

"Liverpul"un italiyalı futbolçusu Federiko Kieza yanvar ayında klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

27 yaşlı oyunçunun dəyəri "Transfermarkt" portalına görə, 14 milyon avrodur.

Qeyd edək ki, Kiezanın "Liverpul"la sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.