Kikboksçularımız beynəlxalq turnirdə qələbə qazanıblar
Sərhədçi İdman Ollimpiya Mərkəzinin kikboksçuları Ukrayna paytaxtı Kiyevdə təşkil olunan beynəlxalq yarışda ölkəmizi təmsil ediblər.
Bu haqda Sportline.az saytına dünya çempionu, əməkdar məşqçi, əməkdar idman ustası, Sərhədçi İdman Olimpiya Mərkəzinin baş məşqçisi, sərhədçi zabiti kapitan Fuad Zeynalov məlumat verib: "Azərbaycandan 4 nəfər yeniyetmə və gənclərdən ibarət olan komandamız bu yarışda iştirak edirdi. Wizard-open beynəlxalq turnirində Vüsal Kazımov (54 kq) və Elcan Alıkişiyev (75 kq) 3-cü yerlə kifayətləndi.
Qəşəm Məmmədov ( yeniyetmə, 57 kq) və Elşad Şahbazov (gənc, 67 kq) isə final döyüşlərini də qələbə ilə bitirərək baş mükafata layiq görüldü".
Fuad Zeynalov beynəlxalq yarışlarda iştirak üçün, idmançılaımıza yaradılan şəraitə görə, Azərbaycan Kikboksinq Federasyasının prezidenti, millət vəkili Adil Əliyevə və Sərhəd Qoşunlarının Sərhəd xidmət rəisi general polkovnik Elçin Quliyevə təşəkkürünü bildirib.