Kikboksçularımız dünya çempionatına görə İtaliyadadır
Oktyabrın 15-dən 24-dək İtaliyanın Cesolo şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya çempionatı keçiriləcək.
Sportline.az xəbər verir ki, WAKO dünya çempionatına federasiyanın hazırlıq prosesi, habelə milli komandanın təlim-məşq toplantıları üçün yaradılan şərait Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti və idarə heyətinin sədri, Milli Məclis sədrinin müavini Adil Əliyev və AKF-nin prezidenti Orxan Əliyevin nəzarəti altında həyata keçirilmişdir.
Azərbaycan Kikboksinq Federasiyası dünya çempionatında iştirak edəcək milli komandamızın heyətini açıqlayıb.
Rəsmilər heyəti:
Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti Orxan Əliyev, AKF-nin vitse-prezidenti Ədalət Kazımov, baş katib və milli komandanın rəisi Sadıx Bağırov.
Eyni zamanda bir müddət əvvəl yeni təyin olunmuş federasiyanın 1-ci vitse-prezidenti Rəmal Aslanov, eyni zamanda milli komandanın kapitanı olaraq idmançılar heyətində dünya çempionatında iştirak edəcək.
Milli komandanın məşqçilər heyəti:
Böyüklər və peşəkarlardan ibarət milli komandanın baş məşqçisi Elşən Abdulrəhimov, gənclər və yeniyetmələrin baş məşqçisi, Lowkick üzrə milli komandanın böyük məşqçisi Hikmət Hacıyev, K-1 üzrə milli komandanın böyük məşqçisi Telman Məhərrəmov.
İdmançılar heyəti:
Low kick: Fatma Rəcəbzadə (-48 kq), Ayxan Məmmədzadə (-51 kq), Vüsal Kazımov (-54 kq), Anar Məmmədov (-57 kq), Qiyas Şahmərdanov (-60 kq), Arzuman Qədimov (-63,5 kq), Qəşəm Məmmədov (-67 kq), Rəhim Əliyev (-71 kq), Rəmal Aslanov (-75 kq), Elcan Alkişiyev (-81 kq), Fuad Haşimi (+91 kq);
K-1: Əsgər Rəhimov (-57 kq), Nicat Quliyev (-60 kq), Ruslan Nağıyev (-71 kq), Elxan Əliyev (-75 kq), Xəyal İsmayılov (-81 kq), Asəf Aslanov (-91 kq), Bəhram Rəcəbzadə (+91 kq);
Full Contact: Camal Məmmədov (-54 kq), Ramiz Məmmədov (-57 kq), Elməddin Baxşəliyev (-67 kq), Elşad Şahbazov (-75 kq);
Kick Light: Məhəmməd İmanov (-57 kq), Ruslan Musayev (-67 kq), Hüseyn Hacıyev (-74 kq);
Light Contact (veteran): Sadıx Bağırov (-63 kq);
Kick Light (veteranlar): Eduard Məmmədov (-63 kq), Telman Məhərrəmov (-94 kq), Emin Abdullayev (+94 kq).
Millinin tərkibində WAKO beynəlxalq dərəcəli hakimləri olan AKF-nin hakimlər heyətinin sədri Aydın Ağabəyov, Məhəmməd Babayev və Anar Məmmədov hakimlik nümayyəndələri olaraq federasiyanı təmsil edəcəklər.
Bundan əlavə, şəxsi məşqçilər qismində Fəxrəddin Quliyev və Fuad Zeynalov, milli komandanın fizioterapevt həkimi Loğman Məhərrəmov bu yarışda iştirak edəcək.
Lisenziya xarakteri daşıyan builki WAKO dünya çempionatında kikboksinqin K-1 stili olan -63.5 kq, -75 kq və +91 kq çəki dərəcələrində 1/4 final mərhələsinə yüksələn döyüşçülər 2022-ci il iyul ayınnın 7-dən 17-dək ABŞ Alabama ştatının Birminqem şəhərində keçiriləcək Dünya Oyunlarında iştirak etməsi üçün vəsiqə qazanacaqlar.
Xatırladaq ki, bu il Yaponianın Tokio şəhərində keçirilən Beynəlxalq Olimpiya Komitəsinin 138-ci sessiyasında kikboksinqin olimpiya idman növü kimi tam şəkildə tanınması barəsində rəsmi olaraq elan olunmuşdur.
Kikboksinq üzrə milli komandamız oktyabr ayının 16-sı saat 06:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından səfərə yolla düşüb. Yola salma mərasimində federasiyanın prezidenti Orxan Əliyev iştirak edib və idmançılara uğurlar arzulayıb.