Kikboksçularımızdan rekord göstərici

Azərbaycan Kikboksinq Federasiyasının gənclər və yeniyetmələrdən ibarət komandası noyabrın 6-dan 13-ədək Monteneqronun Budva şəhərində keçirilən WAKO Avropa birinciliyində iştirak edib.

Sportline.az xəbər verir ki, Avropa birinciliyində Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyevin rəhbərliyi altında iştirak etmış milli komandamız 1-ci vitse-prezident Ramal Aslanov, vitse-prezident Ədalət Kazımov, baş katib və milli komandanın rəisi Sadıx Bağırovla birlikdə rəsmilər heyətilə təmsil olunub. 

Məşqçilər heyəti gənclər və yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Hikmət Hacıyev, məşqçilər Eduard Məmmədov, Fuad Zeynalov,  Ayaz Mehtiyevdən ibarət idi. 

Bundan əlavə, Avropa birinciliyində milli komandanın tərkibində WAKO A beynəlxalq kateqoriyalı hakim Aydın Ağabəyov və WAKO B beynəlxalq kateqoriyalı hakim Anar Məmmədov yüksək hakimlik bacarıqlarını nümayiş etdirib. 

Ümumilikdə milli komandanın tərkibində ölkəmizi təmsil edən 25 idmançıdan 17-si Vətənimizə medalla qayıdıb.

5 qızıl, 5 gümüş və 7 bürünc medal qazanan milli komandamız federasiyanın dünya və Avropa çempionatlarında ən uğurlu çıxışına imza atıb.

Medalçıların siyahısı:

(Qızıl medalçılar)

GƏNCLƏR 2003-2004

NİHAD TAĞIZADƏ   lowkick -51 kq 

YENİYETMƏLƏR 2005-2006

RAMAL ZEYNALLI   lowkick -42 kq

ELNUR MUSTAFAYEV  lowkick -51 kq

AMİN QULİYEV  lowkick -57 kq

AKİF QULUZADƏ    K-1 style -54  kq 

(Gümüş medalçılar)

GƏNCLƏR 2003-2004

İLKİN ABBASOV    lowkick -54 kq 

YENİYETMƏLƏR 2005-2006

MURAD GƏNCƏLİYEV  lowkick -42 kq

ELVİN MƏMMƏDOV    K-1 style -51  kq

ÖZLƏM HƏSƏNOVA   lowkick +60 kq

EMİLİ RZAYEVA     K-1 style +60  kq 

(Bürünc medalçılar) 

GƏNCLƏR 2003-2004

QƏŞƏM MƏMMƏDOV  lowkick -67 kq

FATİMƏ ŞÜKÜRLÜ  lowkick -65 kq

ELCAN TANIRVERDİYEV  K-1 style -54 kq

XƏYAL ASTANOV  K-1 style -86  kq 

YENİYETMƏLƏR 2005-2006

ALLAHVERDİ DƏMİROV  lowkick -45 kq

RAFİQ BABAZADƏ  lowkick -48 kq

ƏLİ CƏFƏROV  full contact -54 kq