Kikboksçuların respublika çempionatına start verilib
Sərhədçi İdman Olimiya Mərkəzində daha bir turnirə strat verilib.
Sportline.az xəbər verir ki, kikboksinq üzrə respublika çempionatının açılış mərasimi olub.
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev çıxışında hər il bu idman növünə marağın daha da artdığını bildirib. Onun sözlərinə görə son illər kişilərlə yanaşı qadın idmançıların da sayının xeyli yüksəldiyini bildirib.
Açılış mərasimindən sonra yarışlara start verilib. 7-15 yaşadək idmançılar Azərbaycan birinciliyində, 19 yaşdan yuxarı kikboksçular isə respublika çempionatında qüvvələrini sınayırlar. 3 gün davam edən yarışların finalları ayın 29-da keçiriləcək.