Kikboksçumuz "Glory" seriyalı yarışda qüvvəsini sınayacaq

"Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü sentyabrın 29-da keçirəcək.

SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi "Glory” seriyalı yarışda qüvvəsini sınayacaq. Hollandiyanın paytaxtı Amsterdamda "Glory59” çərçivəsində yarımorta çəki dərəcəsindəki rəqib hollandiyalı Eyevan Danenberq olacaq.

"Yohan Kroyff Arena”da keçiriləcək döyüş gecəsi Bakı vaxtı saat 23:30-da başlayacaq. "Glory59”dan bir gün öncə - bu gün kikboksçuların çəki mərasimi təşkil olunacaq.

Nəbiyev bu çəki dərəcəsində "Glory” reytinqində 2-cidirsə, rəqibi siyahıda 4-cü yerdədir. Seriya çərçivəsində keçirdiyi 4 qarşılaşmada 3 qələbə və 1 məğlubiyyəti olan azərbaycanlı idmançı ümumilikdə 57-ci döyüşünə çıxacaq. Onun hesabında 49 qələbə və 7 məğlubiyyət var.