Kikboksçumuz "Qəhrəmanlıq döyüşü"nə yollanır
İyunun 2-də Almaniyanın Düsseldorf şəhərində kikboksinq üzrə peşəkarlar arasında 22-ci "Heroic battle" (Qəhrəmanlıq döyüşü) keçiriləcək.
Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın Sportline.az saytına verdiyi məlumata görə, 20 ölkə idmançılarının mübarizə aparacağı yarışda, ölkəmizi Dünya kubokunun gümüş mükafatçısı, bir sıra beynəlxalq turnirlərin qalibi Şikar Bədəlov təmsil edəcək.
Qeyd edək ki, Şikar Bədəlov 21-ci "Heroic battle" yarışının qalibidir.