Kilian Mbappedən unikal göstərici

Kilian Mbappe pərəstişkarlarını daha bir göstərici ilə sevindirib.

Sportline.az xəbər verir ki, "Real"ın fransalı hücumçusu Çempionlar Liqasında həm "Nou Kamp"da, həm də, "Santyaqo Bernabeu"da het-trikə imza atan ilk futbolçu olub.

Bu haqda Opta nəşri məlumat paylaşıb.

Mənbə bu göstəricinin eyni zamanda yarışın əvvəlki adı ilə tanınan Avropa çempionlarının kuboku turnirinə də aid olduğunu bildirir.

Mbappe ötən gecə "Santyaqo Bernabeu"da "Mançester Siti"nin qapısından 3 top keçirib.

2021-ci ildə isə o, PSJ-nin heyətində "Nou Kamp"da "Barselona"nın qapısına 3 dəfə yol tapmışdı.