Kimbempe komandada qalır

PSJ futbolçusu Presnel Kimpembe ilə yeni müqavilə imzalayıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2024-cü ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, PSJ-nin yetirməsi olan fransalı oyunçu 2014-cü ildən əsas komandada oynayır. O, bu mövsüm Fransa çempionatında 16 matçda meydana çıxıb.