Kimmix qərarını yanvar ayında verəcək

“Bavariya”nın almaniyalı futbolçusu Coşua Kimmix klubdaki talehi sual altındadır.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, “Bavariya”nın rəhbərliyi Kimmixə 4 illik yeni müqavilə təklif edib. Lakin 29 yaşlı futbolçu bu təklifə cavab verməyib.

Kimmix öz qərarını yanvar ayında açıqlayacaq.

Qeyd edək ki, Coşua Kimmixin “Bavariya” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.