Kipr - Azərbaycan matçı bu arenada keçiriləcək

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi Kipr yığmasının ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

Sportline.az "Protathlima" nəşrinə istinadən xəbər verir ki, komanda rəqiblərini paytaxt Nikosiyadakı GPS stadionunda qəbul edəcək. 

Qeyd edək ki, Kipr yığması sentyabrın 8-də evdə millimizlə qarşılaşacaq. Canni De Byazinin baş məşqçi olduğu yığmamız Millətlər Liqasındakı ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək.