Kişi həndbolçular arasında Azərbaycan çempionatında bu gün iki görüş keçirilib

Kişi həndbolçular arasında Azərbaycan çempionatının X turunda bu gün iki görüş keçirilib.

Sportline.az xəbər verir ki, "Dinamo" komandası U-17-ni 44:31 hesabı ilə məğlub edib.

"Bakı" isə “Azəryol” üzərində qələbə qazanıb - 36:30. Hər iki görüş “AHF Arena” İdman Kompleksində təşkil olunub.

Qeyd edək ki, X turun daha bir matçı sabah keçiriləcək. "Kür” Olimpiya İdman-Tədris Mərkəzində “Kür” komandası “Qarabağ”ı qəbul edəcək.