"Mançester Siti" Kiyevdə qalib gəldi

Bu gecə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

SportLine.az xəbər verir ki, maraqlı görüşlərdən biri Kiyevdə keçirilib. "Dinamo" "Mançester Siti"ni qəbul edib.

Gərgin mübarizə ilə yadda qalan matçda ingilis klubu qələbə qazanıb.

24 fevral 2016
Çempionlar Liqası, 1/8 final


"Dinamo" (Kiyev) - "Mançester Siti" - 1:3
QOLLAR: 
Buyalski, 59 - Aquero, 15, David Silva, 40; Yaya Ture, 90+1