Klopp milli komandaya mümkün gəlişindən danışıb
"Liverpul"un sabiq çalışdırıcısı Yurgen Kloppun adı Almaniya millisi ilə yanaşı hallanır.
Sportline.az xəbər verir ki, o, millinin sükanı arxasına keçəcəyi haqqında yayılan şaiyələrlə bağlı sualı diplomatik tərzdə cavablandırıb.
Yurgen məsələyə "Hamı əmindir ki, Naqelsmann bu vəzifədə 2026-cı ildən daha çox qalacaq" deyərək yanaşıb.
Bu haqda jurnalist Fabrisio Romano X sosial şəbəkəsində paylaşım edib.
Xatırladaq ki, 2015-2024-cü illərdə "Liverpul"un baş məşqçisi olan Klopp ötən mövsümün sonunda karyerasını bitirmişdi.