Klopp "Real Madrid"ə gəlsə ilk işi brazilyalı futbolçunu gətirmək olacaq

Yürgen Klopp yayda "Real Madrid"in sükanı arxasına keçsə, əsas hədəflərindən biri "Nyukasl Yunayted"in brazilyalı yarımmüdafiəçisi Bruno Gimarayeşi kluba gətirmək olacaq.

Sportline.az xəbər verir ki, almaniyalı mütəxəsis Gimarayeşi, Toni Kroos və Luka Modriçin xələfi hesab edir.

Bu haqda "Football365" nəşri məlumat yayıb.

Qeyd edək ki, 28 yaşlı futbolçunun transfer qiyməti 80 milyon avrodur.