Klublarımız irəlilədi
UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, siyahıda 453 komanda yer alıb.
Azərbaycan təmsilçilərindən ən yaxşı göstərici "Qarabağ"ın aktivindədir. 13,500 xala sahib "köhlən atlar" 120-cidir.
9,250 xalla "Neftçi" 154-cü, 5,750 xalla "Qəbələ" 206-cı, 5,500 xalla "İnter" 216-cı yerin sahibidir.
283-cü pillədəki "Xəzər Lənkəran"ın 4,000, 309-cu "Kəpəz"in isə 3,500 xalı var.
Siyahıda “Bakı”nın da adı var. Paytaxt klubu 5 pillə irəliləyərək 3.250 xalla 318-cü yerə qalxıb.
Siyahıya 144,428 xalla Madrid “Rea”lı başçılıq edir. “Bavariya” 134,328 xalla 2-ci, “Barselona” 129,428 xalla 3-cü pillədədir.
Qeyd edək ki, reytinq klubların avrokuboklarda son beş mövsümdəki göstəricilərinə əsasən hazırlanıb.