Klublarımız yoxlama oyunları keçirəcəklər

Azərbaycan Premyer Liqasının klubları, koronavirus pandemiyasına görə dayandırılan ölkə çempionatının bərpasına qədər, yoxlama görüşləri keçirmək üçün Peşəkar Futbol Liqasına rəsmi müraciət ediblər.

Sportline.az xəbər verir ki, qurum tərəfindən, klubların iyunun 21-də bərpa olunacaq Premyer Liqa matçlarına qədər öz aralarında yoxlama görüşü keçirmələrində hər hansı maneə olmadığı bildirilib.

PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev bildirib ki, “Əsasnamədə belə bir bənd var ki, istənilən komanda yoxlama görüşündə çıxış etmək üçün mütləq Peşəkar Futbol Liqasını məlumatlandırmalıdır. Bu, təkcə karantin dövrünə aid deyil. Hətta Antalya toplanışları zamanı da yoxlama görüşü üçün seçilən rəqib bəzən federasiyanın razılıq məktubunu tələb edir. Klublarımız hazırlıq oyunu ilə bağlı Yarışların Təşkili Departamentinə rəsmi şəkildə məlumat veriblər. Bu mənada onların yoxlama görüşü keçirməsində problem yoxdur”.