Klublarımızın rəqibləri bu tarixdə bəlli olacaq

UEFA Çempionlar Liqası (ÇL) və Avropa Liqasında (AL) 2020/2021 mövsümünün təsnifat və qrup mərhələsinin püşkatma mərasiminin vaxtları müəyyənləşib. 

Sportline.az xəbər verir ki, ÇL-də I seçmə mərhələnin püşkü avqustun 9-da atılacaq. Həmin gün Azərbaycan çempionu "Qarabağ"ın qitənin bir nömrəli klub turnirində rəqibi bəlli olacaq. 

Avqustun 10-da isə Avropa Liqasında I seçmə mərhələnin püşkü atılacaq, nəticədə “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın rəqibləri müəyyənləşəcək. 

ÇL püşkatmaları:

I seçmə mərhələ - 9 avqust
II seçmə mərhələ - 10 avqust
III seçmə mərhələ - 31 avqust
Pley-off mərhələsi - 1 sentyabr
Qup mərhələsi - 1 oktyabr

AL püşkatmaları:
I seçmə mərhələ - 10 avqust
II seçmə mərhələ - 31 avqust
III seçmə mərhələ - 1 sentyabr


Pley-off mərhələsi - 18 sentyabr
Qrup mərhələsi - 2 oktyabr.