Kobi Meyno ilə 3 klub yaxından maraqlanır
"Mançester Yunayted"in ingiltərəli futbolçusu Kobi Meyno ilə 3 klub yaxından maraqlanır.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Nyukasl Yunayted", "Çelsi" və "Mançester Siti" 20 yaşlı yarımmüdafiəçini transfer etmək üçün yarışa girib.
K.Meyno "Mançester Yunayted"də xoşbəxt deyil. Bu səbəbdən klubdan ayrılmaq fikrinə düşüb.
Qeyd edək ki, gənc futbolçunun transfer qiyməti 50 milyon avrodur.