Kobi Meyno klubda qalmaq niyyətindədir
"Mançester Yunayted"in yarımmüdafiəçisi Kobi Meyno klubda qalmaq qərarına gəlib.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Samuel Lukhörst məlumat yayıb.
21 yaşlı futbolçunun klubla hazırki sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, K.Meyno cari mövsüm meydana çıxdığı 25 matçda 3 asistlə yadda qalıb.