Kobi Meyno "Mançester Yunayted"lə yeni müqavilə imzalayacaq
"Mançester Yunayted" Kobi Meyno ilə yola davam edəcək.
Sportline.az xəbər verir ki, "qırmız şeytanlar" ingiltərəli oyunçuya yeni sözləşmə təklif edib.
Jurnalist Aleks Krookun yaydığı məlumata görə, K.Meyno bu təklifi qəbul edəcək.
Qeyd edək ki, sözügedən futbolçunun klubla hazırki sözləşməsi 2027-ci ilin iyun ayında başa çatacaq.