Kökcü yeni müqavilə imzaladı

"Feyenoord" futbolçusu Orkun Kökcü ilə yeni müqavilə imzalayıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi ilə 2023-cü ilun yayında bitəcək müqavilənin müddəti daha 2 il uzadılıb.

Qeyd edək ki, O.Kökcü bu mövsüm Niderland təmsilçisində 35 matçda 3 qol vurub.

Xatırladaq ki, O.Kökcü 21 yaşadək futbolçulardan ibarət millimizin və "Sabah"ın futbolçusu Ozan Can Kökcünün qardaşıdır.