Kolo Muani İtaliyaya qayıtmaq istəyir
"Tottenhem"də icarə əsasında çıxış edən Randal Kolo Muani "Yuventus"a qayıtmaq istəyir.
Sportline.az xəbər verir ki, bu haqda "Tutto Sport" nəşri məlumat yayıb.
27 yaşlı futbolçu müqavilə əsasında "Paris Sen-Jermen"ə məxsusdur.
Qeyd edək ki, R.Kolo Muani dəyəri 25 milyon avrodur.
O, cari mövsüm meydana çıxdığı 29 matçda 4 qol, 3 asistlə yadda qalıb.