Kolo Muani "Liverpul"a keçə bilər

"Tottenhem"də icarə əsasında çıxış edən Randal Kolo Muani karyerasını "Liverpul"da davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

27 yaşlı oyunçu müqavilə əsasında "Paris Sen-Jermen"ə məxsusdur.

Qeyd edək ki, Kolo Muani cari mövsüm meydana çıxdığı 36 matçda 5 qol, 4 asistlə yadda qalıb.