Kolo Muani "Liverpul"un formasını geyinəcək?
"Tottenhem"də icarə əsasında çıxış edən Randal Kolo Muani "Liverpul"un maraq dairəsindədir.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
Fransa millisinin üzvü müqavilə əsasında "Paris Sen-Jermen"ə məxsusdur.
Qeyd edək ki, R.Kolo Muani cari mövsüm meydana çıxdığı 37 matçda 5 qol, 4 asistlə yadda qalıb.