Kolo Muani "Liverpul"un maraq dairəsindədir
"Tottenhem"də icarə əsasında çıxış edən Randal Kolo Muani yayda "Liverpul"a keçə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
27 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 36 matçda 5 qol, 4 asistlə yadda qalıb.
Qeyd edək ki, R.Kolo Muani müqavilə əsasında "Paris Sen-Jermen"ə məxsusdur.