Komanda aşağı liqaya düşdü, 18 futbolçu getdi

Şotlandiyanın "Harts" klubu 18 futbolçusu ilə əməkdaşlığa son qoyub.

Sportline.az Edinburq təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, rəhbərlik müqaviləsi başa çatan oyunçularla yollarını ayırmağa qərar verib.

Futbolçularla yanaşı, sabiq baş məşqçi Kreyq Levayn da komandanı tərk edib. O, əvvəlki postundan istefaya göndərildikdən sonra klubda başqa vəzifəni icra edirdi.

Qeyd edək ki, koronavirus pandemiyasına görə dayandırılan Şotlandiya çempionatında cari mövsüm ləğv olunub. "Seltik" çempion elan olunub, "Harts" isə aşağı dəstəyə düşüb.