Komandamız Avropa çempionatına uğurla başladı

Yunanıstanın paytaxtı Afinada sambo və döyüş sambosu üzrə Avropa çempionatı başlanıb. 

Sportline.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan seçmə komandasının aktivinə 2 medal yazılıb. 68 kq çəki dərəcəsində çıxış edən samboçu Emil Həsənov bürünc medala sahib olub. Eyni əyarlı medala döyüş samboçusu Nəbi Məmmədov sahib çıxıb. O, 100 kq çəkidə mükafatçı olub. 

Qeyd edək ki, Avropa çempionatına mayın 20-də yekun vurulacaq.