Komandamız Avropa çempionatının finalında

Bakıda keçirilən aerobika üzrə Avropa çempionatında ilk günə yekun vurulub.

Sportline.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın gənclərdən - Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatma Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifovadan ibarət qrup komandası aerodensdə qüvvəsini sınayıb.

Təsnifat mərhələsində 15.300 xal toplayan komanda 8-ci olub və Rusiya, Rumıniya, Macarıstan, İtaliya, Almaniya, Portuqaliya və İspaniya ilə birgə finala adlayıb.

Final mərhələsi mayın 26-da olacaq.

Qeyd edək ki, Avropa çempionatına mayın 26-da yekun vurulacaq.