Komandamız Çempionlar Liqasında mübarizəyə başlayır

Futzal üzrə Azərbaycan çempionu "Araz" bu gün Çempionlar Liqasında mübarizəyə başlayır.

Sportline.az xəbər verir ki, Naxçıvan təmsilçisi ilkin mərhələdə Yunanıstanda AEK-lə qarşılaşacaq.

Afinadakı "Dias Sports Hall"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 16:30-da başlanacaq.

28 noyabr

Çempionlar Liqasının ilkin mərhələsi

16:30. AEK (Yunanıstan) - "Araz" (Azərbaycan)

Hakimlər: Karl Hyuz, Valentin Syuplea, Konstantinos Farmakis

Afina, "Dias Sports Hall".

Qeyd edək ki, cütün qalibi 1 oyunla müəyyənləşəcək.