Komandamız dünya kubokunda mübarizəni başa vurdu

Bu gün Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokuna yekun vurulur.

Sportline.az xəbər verir ki, yarışın son günündə Azərbaycan komandasının üzvü Marina Nekrasova mübarizə aparıb. O, gimnastika tiri yarışında 11.366 xallıq nəticə ilə 7-ci olub.

Qeyd edək ki, yarış “Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır. Ümumilikdə 41 ölkədən 170 gimnast mübarizə apardığı turnirdə Azərbaycan 4 idmançı ilə təmsil olunub. Onlardan Nikita Simonov gümüş medal qazanıb.

Murad Ağarzayev və İvan Tixonov isə, fəxri kürsüdən kənarda qalıb.