Komandamız Latviya səfərinə yollanır
Sabah futzal üzrə ölkə çempionu "Araz" Çempionlar Liqasının ilkin mərhələsində ilk oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, təmsilçimiz dünən Latviyaya yollanıb. Joze Alesio Da Silvanın komandası F qrupuna ev sahibliyi edəcək ölkədə dünən və bu gün iki məşqə çıxıb.
Futzal Federasiyasının və "Keşlə"nin prezidenti Zaur Axundov da komandanı dəstəkləmək üçün sabah Latviyaya gedəcək.
Qeyd edək ki, Naxçıvan klubu sabah ilk oyununu Cəbəllütarik komandası "Europa"ya qarşı keçirəcək.
Çempionlar Liqası
İlkin mərhələ
21 avqust
"Araz" (Azərbaycan – “Europa” (Cəbəllütariq)
Hakimlər: Dario Pezzuto (İtaliya), Drazen Vukçeviç (Monteneqro), Panagiotis Ntalas (Yunanıstan).
Salaspils şəhəri. İdman Kompleksi. Saat 15:00