Komandamızın rəqibindən heç-heçə

"Araz"ın futzal üzrə Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "United Qalati" Rumıniya çempionatında növbəti oyuna çıxıb.

Sportlin.az xəbər verir ki, təmsilçimizin rəqibi mövsüm ərzində ikinci dəfə xal itkisi ilə üzləşib. 

Səfərdə "Autoberqamo"nun qonağı olan "United Qalati" hesabda iki dəfə önə keçməsinə baxmayaraq, sonda heç-heçəyə razılaşıb - 2:2. Komandanın Devadakı qollarını Araujo və Burdujel vurub. 
"Araz"ın rəqibi 2 turdan sonra 4 xal toplayıb. Komanda növbəti oyununu oktyabrın 2-də "Cioraşti"yə qarşı keçirəcək. 

Qeyd edək ki, “Araz” ÇL-in əsas mərhələsində 6-cı qrupunda "Uraqan" (Ukrayna), "Liqeni" (Kosovo) və "United Qalati" (Rumıniya) ilə birgə yer alıb. Bu mərhələnin oyunları 26-31 oktyabr tarixlərində Ukraynada keçiriləcək. Qrup mərhələsini birinci pillədə yekunlaşdıracaq komanda elit-raundda oynamaq hüququ qazanacaq.