"Komo" "Tottenhem"dən 60 milyon avro tələb edir

"Tottenhem" "Komo"nun argentinalı futbolçusu Niko Pazı heyətinə qatmağda israrlıdır.

Sportline.az xəbər verir ki, London klubu keçid üçün qarşı tərəfə 43 milyon avro təklif edib.

Lakin İtaliya klubu bu təklifi rədd edib. "Komo"nun rəhbərliyi "Tottenhem"dən 60 milyon avro tələb edir.

Qeyd edək ki, 20 yaşlı futbolçu "Real Madrid"in yetirməsidir.