Konate “Liverpul”dan ayrılmaq fikrində qətidir

"Liverpul"un fransalı futbolçusu İbrahima Konate gələn ilin yayında klubdan ayrılmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, 26 yaşlı mərkəz müdafiəçisi Mersisayd təmsilçisi ilə yeni müqavilə imzalamaq fikrində deyil.

Bu haqda "Talk Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, Konate "Real Madrid"ə transfer olmaq istəyir.