Konate "Real"a transfer olmaq niyyətindədir

"Liverpul"un fransalı futbolçusu İbrahima Konate "Real"a transfer olmaq istəyir.

Sportline.az xəbər verir ki, bu haqda "Fichajes" nəşri məlumat yayıb.

26 yaşlı stopper Mersisayd klubu ilə yeni müqavilə imzalamaq niyyətində deyil.

Qeyd edək ki, Konatenin "Liverpul"la hazır kı sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.